Logo

Gənclər Günü ilə əlaqədar intellektual yarış keçirilib

31.01.2023 13:34 981 baxış
IMG

2 Fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsininin müvafiq sektorlarında çalışan gənc işçilərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intelelktual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, gənclərin dünya görüşünün, intellektual səviyyəsinin artırılması, həmçinin onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə keçirilən yarışda 45 nəfər 9 komanda şəklində iştirak edib.

Yarışda birinci yerə Tədrisin keyfiyyəti sektorunun əməkdaşlarından ibarət “Parlaq zəka” komandası, ikinci yerə Maliyyə-iqtisadiyyat sektorunun əməkdaşlarından ibarət “Alfa” komandası, üçüncü yerə isə Goranboy-Naftalan sektorunun əməkdaşlarından ibarət “Krallar” komandası layiq görülüb.

Xəbər lenti